Gənclərdən ibarət idman gimnastikası üzrə Azərbaycan millisi martın 29-da Türkiyənin Antalya şəhərində start götürəcək 2-ci dünya çempionatına yollanıb.
Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, yarışda ölkəni Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edəcəklər.
Qitə çempionatı aprelin 2-də başa çatacaq.