İdman klubunun üzvü özünü 15-ci mərtəbədən atdı – Bakıda

140412_res_01Bakıda daha bir nəfər intihar edib.

Hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında, M.Hadi küçəsində qeydə alınıb.

Xəyyam Əliyev adlı şəxs orada yerləşən “Twins Art MMC”yə məxsus 15 mərtəbəli binanın üstünə çıxaraq özünü oradan atıb.

X.Əliyevin üzərindən “Achilles” idman klubunun üzvlük vəsiqəsi çıxıb.

İntiharın səbəbi araşdırılır. (report)