!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdman mütəxəssisləri təltif olunublar

!Reklam – Yazi

148282989367893533_1000x669Dekabrın 27-də Gənclər və İdman Nazirliyində bir qrup idman mütəxəssisinə fəxri adların təqdim olunması ilə əlaqədar tədbir keçirilib.

Yeniçağ.Az Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari ildə ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycanda idman siyasətinin nəticəsində idmançılarımız ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb.

Sonra Azad Rəhimov nazirliyin kollegiyasının qərarına əsasən, idman sahəsində fərqlənmiş bir qrup idman mütəxəssisini təltif edib.

Yeniçağ.Az

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv