İdman tədbirlərinin bərpası ilə bağlı MƏLUMAT

“İdman tədbirləri ilə bağlı məsələ müzakirə olunur”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“1 iyunda bunun açılması ilə bağlı müzakirə gündəmdədir. Yəqin ki, bu haqda da qərar veriləcək”, – deyə R. Bayramlı qeyd edib.

Qeyd edək ki, martın 13-dən idman tədbirləri dayandırılıb.