“İdman TV”yə yeni rəhbər təyin edildi

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

Yenicag.az-ın Oxu.Az-a istinadən məlumatına görə, kanala Zaur Zeynal rəhbərlik edəcək.

Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.

COP29