İdmançı buna görə Paralimpiya Oyunlarının bürünc medalından məhrum edildi

İtalyan avarçəkən Cakomo Perini qayığında telefon olduğu üçün Paris Paralimpiya Oyunlarının bürünc medalından məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İtaliya Avarçəkmə Federasiyasının (IFRF) məlumat yayıb.

28 yaşlı idmançı PR1 kateqoriyasında yarışın birinci yarısına başçılıq edib və startda üçüncü olub, lakin diskvalifikasiya edilib. Yarışdan sonra idmançının çantasına baxış keçirən hakimlər başqa şeylər arasında cib telefonu tapıblar, baxmayaraq ki, reqlamentə əsasən, qayıqda avarçəkənlərə rabitə vasitələrinin olması qadağandır.

IFRF izah edib ki, idmançı startdan əvvəl cihazı çantasından çıxarmağı unudub, yarış zamanı istifadə olunmayıb. Federasiya hakimlərin qərarından apellyasiya şikayəti verməyə cəhd etsə də, şikayət rədd edilib. İndi qurum Beynəlxalq Avarçəkmə Federasiyasına müraciət etmək niyyətindədir./unikal

COP29