İdmançılarımız ABŞ-da 3 qızıl medal aldı

загруженноеAzərbaycanın pauerliftinq üzrə 9 nəfərlik komandası noyabrın 17-dək ABŞ-da davam edəcək dünya çempionatında iştirak edir.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev  bildirib ki, bu günə idmançılarımız 3 qızıl medal qazanaraq dünya çempionu olublar. Hafiz Verdiyev 100 kiloqram, İbrahim İbrahimov 110 kiloqram, Günel Talıbova 56 kiloqram çəki dərəcələrində bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışlar davam edir. (azertag.az)