Reklam

Reklam

kik1Rusiyanın Anapa şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Kikboksinq Federasiyasının idmançıları uğurlu nəticələr əldə ediblər.

Bu barədə məlumatı federasiyanın gənclər və yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Ehram Məcidov verib. Bildirib ki, 51 kq üzrə Çingiz Əhmədzadə, 51 kq üzrə Anar Məmmədov, 57 kq-da Ramiz Məmmədov qələbə qazanmaqla Dünya Kubokunun sahibi olublar.

Bundan əlavə, 67 kq-da döyüşən Alim Qasımov 2-ci yer, 81 kq Şikar Bədəlov 3-cü yer, 86 kq Tapdıq Yusifov 2-ci, 91 kq Orxan Məlikov 2-ci,91 kq Vüqar Cavadov 2-ci yeri qazanıblar.

Onu da qeyd edək ki, WAKO PRO 57 kq çəki dərəcəsində olan Ramiz Məmmədov çeçen idmançısı Buvaysar Pasxayevla peşəkar döyüş keçirərək qələbə qazanıb. Bununla WAKO PRO Peşəkar turnirinda aktivinə bir xal qazandırıb(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 124
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.