!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdmançılarımız Fransadan qələbə ilə döndü

!Reklam – Yazi

Mart ayının 25-də Fransada keçirilmiş “32-ci Beynəlxalq Döyüş Növləri Festivalı” – da vətənimizi Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev və I asistenti, 1-ci Dan qara kəmər ustası İsrafil Məmmədbəyli layiqincə təmsil etmişdir.

Festivalda iştirak edən idmançılarımız Ümumdünya Real Aykido Federasiyası tərəfindən dəvət olunublar.

Qeyd edək ki, hər iki iştirakçı eyni zamanda Ümumdünya Real Aykido Federasiyasının 1-ci yığmasının yeganə Azərbaycanlı üzvləridirlər. Xatırladaq ki, sözügedən festivala hər il dünyanın yalnız ən güclü idman ustaları dəvət olunurlar. 20.000 tamaşaçının iştirak etdiyi bu festival Avropanın bir çox televiziya kanallarında birbaşa yayımlanıb.

Vətənə qələbə ilə qayıdan idmançılarımız hava limanında təmtəraqla qarşılanıb.

Yeniçağ.az

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv