!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançılarımızın sayı açıqlandı

!Reklam – Yazi

baki5Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətində yer alacaq idmançıların sayı açıqlanıb.

Bu barədə yığma komandamızın nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva açıqlama verib.

O bildirib ki, millimiz iyunun 12-28-də keçiriləcək yarışda 291 idmançı ilə təmsil olunacaq.

Komandamızın tərkibinə 150 rəsmi də daxil olacaq. Bunlar məşqçilər korpusu və digər rəsmi şəxslərdi.

Bundan əlavə Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının Atletlər kəndinə köçəcəyi gün müəyyənləşib. Könül Nurullayevanın sözlərinə görə, 291 idmançı və 150 rəsmidən ibarət komandamız iyunun 8-də Atletlər kəndinə köçəcək. Mingəçevirdə yarışacaq avarçəkənlər də həmin tarixdə yarış yerinə yollanacaqlar. Bundan 3 gün sonra isə millimizin salamlama mərasimi keçiriləcək. İyunun 11-də baş tutacaq tədbirin saat 18:00-da təşkil olunması planlaşdırılır.

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv