!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançımız Avropa çempionu oldu

!Reklam – Yazi

eAaassasaOktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulacaq. Avropa çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər və onlardan daha biri – Firudin Quliyev bu gün körpücük üzərinə çıxıb.

“Goranboy-Zirvə” klubunun təmsilçisi birdən qaldırma hərəkətində əvvəlcə 138, sonra 142, ən sonda isə 144 kq-ı ram etməyi bacardı. Bu nəticə ilə o, bu hərəkətdə Avropa ikincisi olub.

Təkanla qaldırma hərəkətində isə nəticə daha yaxşı olub. İdmançımız ilk yanaşmasında 184 kq sifariş verib və bu çəkinin öhdəsindən gəlib. Bu, həm də yaşı 23-ə qədər gənclər arasında Avropa çempionatının rekordu demək idi. Quliyevə qədər bu rekord rumıniyalı Razvan Martinə məxsus idi – 181 kq. Firudin bu nəticəni 3 kq üstələdi.

Firudin toplam 328 kq (144+184) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Əlavə edək ki, Firudin Quliyev bu nəticə ilə yanaşı, yeniyetmələr və gənclər arasında Avropa çempionu və rekordçusu, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı, Kazan Universiadasının qalibi, böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, rekordçu, dəfələrlə Azərbaycan çempionu, “Zirvə” Beynəlxalq İdman Klubunun Kubok və Final yarışlarının qalibi və mükafatçısıdır.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv