İdmançımız Tokioda qızıl medal qazanıb

Bu gün Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından daha bir sevindirici xəbər gəlib.

Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, bu dəfə tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov yarışların qızıl medalını qazanıb.

Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi Aleksey finalda 62.700 xalla birinciliyi əldən buraxmayıb.