!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“İdmanda əsas maliyyədir, bizdə isə məmurların imkanı daha genişdir” – Partiya sədri

!Reklam – Yazi

Anar Məmmədovun Qolf Federasiyasının prezidenti postundan istefa verməsi idman federasiyalarına daha çox məmurların rəhbərlik etməsi faktını yenidən diqqət mərkəzinə gətirib.

Bu barədə Yenicag.az-a danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin sözlərinə görə, məmurların idman federasiyalarına rəhbərlik etməsində qəbahətli heç nə yoxdur.

Partiya sədri hesab edir ki, Azərbaycanın beynəlxalq arenadakı idman nəticələri yaxşıdır:

“Adətən, idman federasiyalarına rəhbərliyi o adamlara verirlər ki, onların nüfuzu var və pul tapa bilirlər. Bizdə məmurların imkanı daha genişdir. Ona görə də idman federasiyalarına, əsasən, onlar rəhbərlik edirlər.

Mən hesab etmirəm ki, Azərbaycan idmanında nəticələr yoxdur. Fikrimcə, ölkənin idmandakı nəticələri yaxşıdır. Son Olimpiadada qızıl medalımızın olmamağına gəldikdə, Azərbaycanın yetmiş il qızıl medalı olmamışdı.

İdmanın ayrı-ayrı sahələrini məşqçilər yaxşı bilməlidir. Ancaq əsas olan maliyyədir ki, onu da məmurlar verir”.

A.Zeynalov

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv