ABŞ rüsumları qaldırdı – “Airbus”dan münasibət

Vaşinqton Avropadan idxal edilən təyyarələrə rüsumu 10 faizdən 15 faizə qədər artırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ 18 Mart 2020 tarixindən etibarən Avropa İttifaqından (Aİ) idxal edilən təyyarələrə gömrük rüsumlarını 10 faizdən 15 faizə qaldırılıb.

Son dəfə bənzər artımlar 2018-ci ilin birinci yarısında Aİ-dan ABŞ-a idxal edilən polad və alüminium məhsullarının gömrük rüsumlarının artırılması olub (müvafiq olaraq 25 və 10 faiz).

“Airbus Aircraft” korporasiyası ABŞ hökumətinin Avropa təyyarələrinə idxal rüsumlarının artırması qərarının bu ölkənin avia şirkətlərinə zərər verəcəyini hesab etdiyini bildirib.

Açıqlamada deyilir: “Qərar qəbul olunanda Amerika avia şirkətlərinin müraciətləri nəzərə alınmayıb və nəticədə, ABŞ sərnişinləri qiymət artımını ödəməyə məcbur olacaqlar”.

Ümumdünya Ticarət Təşkilatının 2019-cu ilin oktyabr ayının əvvəlində keçirdiyi arbitraj, Avropa Birliyinin “Airbus”a veriləsi subsidiyalarla əlaqədar qurumun qəbul etdiyi qərarlara əməl etməməsi səbəbindən ABŞ hakimiyyətinə Avropa İttifaqı ölkələrinə dair təxminən 7.5 milyard dollar tarif tətbiq etməyə icazə verib.