!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İfrat SOSİAL NARAZILIQ - "Bu qurum böyük islahatlara getməlidir" - Lalə Mehralı

!Reklam – Yazi

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanlış fəaliyyəti sosial narazılığı getdikcə artırır”.

Bunu “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deputat Əli Məsimlinin əlilliyin müəyyən olunmasında dəyişikliklər edilməsinin vacib olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Sosioloq hesab edir ki, əlilliyin müəyyən olunması ilə bağlı dəyişikliklər mütləq qaydada aparılmalıdır:

“Əlilliklə bağlı yaranan narazılıq başadüşüləndir. Saxta əlillik vəsiqəsi əldə etməklə pensiya alanlara qarşı mübarizə apararkən əlilliyi göz önündə olan insanların da təqaüdü kəsilir. Hansı ki, şəxsin fiziki görünüşü onun əlilliyini açıq şəkildə göstərir. Bununla yanaşı, görmə qabiliyyətini 70% itirən şəxslərin təqaüdü kəsilib. Bu nə dərəcədə doğru yanaşma ola bilər?! Vətən Müharibəsi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qazilərlə fəaliyyətini yüksək dəyərləndirmək mümkün olsa da, ümumilikdə pensiya məsələsində sosial narazılıq ifrat səviyyədədir. Saxta yolla əlillik vəsiqəsi əldə edən şəxslərin araşdırılması uzun müddət tələb edə bilər, amma bu, haqqı çatan insanların sosial müavinətdən məhrum edilməsinə əsas vermir. Təqaüdü kəsilən şəxsin şikayətinə 3-5 aydan sonra baxılır. Bu müddət ərzində təqaüdə ehtiyacı olan şəxs bir sıra maddi çətinliklərlə üzləşir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həssas insan kateqoriyası ilə işlədiyini bildirən Lalə Mehralı qeyd edib ki, qurumun fəaliyyətinin qənaətbəxş olması üçün islahatlara ehtiyac var:

“Qurum öz fəaliyyəti çərçivəsində addımlarını düşünülmüş şəkildə atmalıdır. Ümumilikdə bu qurumun böyük islahatlara getməsi vacibdir. İlk növbədə, məmurların fəaliyyəti araşdırılmalıdır. Daha sonra isə həssas insan qrupuna aid olan şəxslərlə işləyən həkimlər və digər şəxslərin davranışlarına nəzarət edilməlidir. Çünki əlilliyi olan insanlarla kobud rəftar etmək və onları incitmək olmaz. Bir sözlə, sosial narazlığı artırmamaq üçün bu sahədə ciddi işlər görülməlidir. Sözügedən nazirlik vətəndaşları dövlətdən narazı salır. Bu vəziyyətin qarşısını almaq məqsədəuyğundur”.

Gülşən Şərif

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv