!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İğdırdakı Heydər Əliyev parkı baxımsızlıqdan bu vəziyyətə düşdü... – Fotolar  

!Reklam – Yazi

Türkiyədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan istirahət məkanları gözdən də, könüldən də uzaq düşüb.

Yenicag.az xəbər verir ki, Türkiyənin İğdır şəhərində inşa edilmiş Heydər Əliyev parkının abadlaşdırılması nə yerli bələdiyyəni, nə Ulu Öndərin sayəsində Bakıda, Naxçıvanda və eləcə də İğdırın özündə milyonlar qazanan iş adamlarını, nə də Azərbaycanın Qarsdakı baş konsulluğunu maraqlandırmır.

Şəkillərdən gördüyünüz bu xoşagəlməz mənzərələr İğdırdakı Heydər Əliyev parkının indiki görkəmini əks etdirir. Çox təəssüf ki, Türkiyədə Heydər Əliyevin adına açılmış ilk parklardan olan bu məkan hazırda olduqca baxımsız haldadır.

Fotolardan da göründüyü kimi parkda quraşdırılmış oturacaqlar sıradan çıxıb, hovuz yararsız vəziyyətə düşüb, mərmər və digər materiallardan vurulmüş üzlüklər sökülüb-dağılıb və sair.

Park ərazisində yabanı bitkilərin çoxalması əraziyə uzun müddət qulluq göstərilmədiyini əyani surətdə təsdiqləyir. Lakin bu vəziyyət parkdakı çayxana və digər obyektlərə öz fəaliyyətini davam etdirməyə mane olmur.

Azərbaycanla sərhəd qapısı olan İğdıra Naxçıvandan, oradan isə əks istiqamətə hər gün intensiv gediş-gəliş var. Və gün ərzində minlərlə insan bu parkdan keçib gedir.

Naxçıvandan 60-70 kilometr məsafədə yerləşən İğdırdakı Heydər Əliyev parkının belə arzuolunmaz vəziyyətə düşməsi ciddi problemdir və buna normal izahat tapmaq çətindir.

Bundan başqa, hazırda İğdırda bələdiyyə sədri HDP-dən olsa da, bölgədən seçilmiş Azərbaycan əsilli deputat var və Heydər Əliyev parkının qurulmasında onun da iştirakı olub.

Eyni zamanda, İğdırda Azərbaycanla geniş əlaqələrə malik çox sayda imkanlı iş adamı fəaliyyət göstərir. Belə olan halda parkdakı oturacaqları təmir etdirmək, ümumiyyətlə, həmin məkanı Heydər Əliyevin adınalayiq şəkildə abadlaşdırmaq müşkül olmamalıdır.

Çox təəccüblüdür ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğu da Ümummilli liderin adına olan istirahət məkanlarının mövcud durumu ilə maraqlanaraq, bu istiqamətdə heç bir addım atmır.

Əks halda, bu replikanı yazmağa ehtiyac qalmazdı…

Yenicag.az

www.yenicag.az

5316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv