“Alternativ marşrutun istifadəyə verilməsi enerji təhlükəsizliyində təminat deməkdir”.
Bunu Yenicag.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Mütəxəssis Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri çərçivəsində imzalanan sazişlər, habelə sözügedən məsələdə əldə olunan uğurların perspektivlərindən söz açıb.
Onun sözlərinə görə, İğdır-Naxçıvan qaz kəməri enerji sahəsində rəqabətin güclənməsinə təkan verəcək.
“Azərbaycan əvvəllər yüksək xidmət haqqı ödəməyə məcbur idi. Alternativ olmadığına görə İran bu mövqeyindən geri çəkilmirdi. İğdır-Naxçıvan qaz kəmərinin istifadəsi isə İranı bu mövqeyində yumşaldacaq. Bu, öz növbəsində, həm enerji təhlükəsizliyinin artımına, həm də iqtisadi baxımdan daha əlverişli şəraitin yaranmasına gətirib çıxaracaq”, – deyə o bildirib.
Ətraflı olaraq videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov