!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İgG testi nə üçündür? - Həkim normal həyata qayıdacağımız vaxtı AÇIQLADI

!Reklam – Yazi

“Qış ayları və gələn ildən etibarən həyat normal qaydasına düşə bilər”.

Bu sözləri virusa yoluxma şübhəsi olan şəxslərin verməli olduğu analizlərdən danışan  həkim-ekspert Nazir Allahverdiyev Yenicag.az-a açıqlamasında deyib.

Həkim bildirib ki, virusun təhlükəsi artıq azalıb.

“Əgər heç bir simptom yoxdursa və sadəcə xəstəliyə indiyə qədər yoluxub-yoluxmadığını öyrənmək üçün qanda İgG testi olunması daha doğrudur. Testin nəticəsinin çıxdığı müddət laboratoriyadan asılıdır. Bəzi yerlərdə testin cavabı üç gün ərzində çıxır. Əldə olunan nəticədən sonra vaksinlə bağlı düzgün qərar vermək mümkündür. Onu da qeyd edim ki, virusa yoluxub sağalan bəzi insanlarda antitel yaranmır. Yoluxma şübhəsi olan şəxslər İgG testi neqativ çıxdığı təqdirdə PZR testini də etdirməlidirlər. İgG testi daha çox bir şəxsin öncədən COVID-i keçirib-keçirməməsini yoxlamaq üçündür. Yəni asimptomatik olaraq xəstəliyi keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır.

Hesab edirəm ki, artıq virusun təhlükəsi azalıb. İlk dövrlərdə ağırlaşmalar daha çox müşahidə olunurdu. Hazırkı durumda kollektiv immunitet formalaşıb. Hesab edirəm ki, qış ayları və gələn ildən etibarən həyat normal qaydasına düşə bilər. Çünki virusun uzun müddət aktiv olması mümkün deyil”.

Gülşən Şərif

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv