Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşının ölüm səbəbi məlum olub.
Trend-in məlumatına görə, Rəşad Rüstəmovun ölümünə səbəb tromboemboliya olub.
Bu barədə Trend-ə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, ölən şəxsin əmisi oğlu Fövzi Tahirov bildirib:
“R.Rüstəmov oktyabr ayının 13-ü yıxılaraq xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya gətirilib, onun ev şəraitində müalicə alması yalan söhbətdir. O, şəkər xəstəsi idi və ayaqlarından başqa biləyi sınmışdı, başından da travma almışdı. Rəşad üç gün hazırlıqdan sonra əməliyyata alındı və hər şey uğurla keçdi. Təəsüf ki, sonra tromboemboliyadan dünyasını dəyişdi”.
F.Tahirov qeyd edib ki, əməliyyat boyü özü ilə birgə bütün aydiyyəti həkimlər orada olublar.