!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İHH Azərbaycan üçün "Qardaşlıq zamanı" avtoyürüşü keçirdi - Bülent Yıldırımdan çağırış - Foto/Video

!Reklam – Yazi

Qardaş Türkiyədə Azərbaycanla bağlı dəstək təkcə hökumət səviyyəsində deyil, xalq və vətəndaş cəmiyyəti səviyyəsində davam edir.

Yenicag.az xəbər verir ki, Türkiyənin ən böyük xeyriyyə təşkilatlarından olan İnsani Yardım Vəqfi (İHH) İstanbulda “Qardaşlıq zamanı” adlı böyük yürüş keçirib.

İstanbulun Saraçxanə qəsəbəsindən başlayan avtoyürüş Ədirnəqapıda bəyanat oxunması ilə başa çatıb.

Eyni zamanda İHH başqanı Bülent Yıldırım videomüraciət yayınlayaraq, sonuna qədər Azərbaycanın yanında olduqlarını bu cümlələrlə ifadə edib: “Əlbəttə ki, Azərbaycanı müdafiə edəcəyik. Çünki Azərbaycan haqlıdır və işğal edilmiş torpaqları uğrunda mübarizə aparır”.

Bülent Yıldırım savaşın yenidən başlamasında da Ermənistanın məsul olduğunu bildirib: “Ermənistan arxasındakı güclərə arxayın olub, şıltaqlıq etmək istədi. Ona görə, yenidən hücum etdi. Ancaq görünən odur ki, Azərbaycan xalqı və ordusu dimdik ayaqdadır və mübarizə aparır. Bizim də borcumuz kəndləri dağıdılan qardaşlarımızın yanında olmaqdır. Bütün Türkiyədə bu yöndə çalışacaq, qardaşlarımızı əsla tək buraxmayacağıq”.

Genel Başkanımız Bülent Yıldırım'dan Azerbaycan çağrısı

Genel Başkanımız Bülent Yıldırım'dan Azerbaycan çağrısı:"Ermenistan şu anda şımarık bir çocuk, emperyalistlerin çocukları. Azerbaycan'da haklı bir dava var, Azerbaycanlı kardeşlerimizin yanındayız. STK'ları ve vatandaşlarımızı Azerbaycan halkının yanında olmaya davet ediyoruz."

Gepostet von İHH İnsani Yardım Vakfı am Montag, 5. Oktober 2020

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv