Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya gürcü xalqının ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.
Yenicag.az xəbər verir ki, II İliya Gürcüstanın qədim monarxiya olduğunu bildirib.
Katolikos konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib: “Bizi çar idarə edib. Bu gün dünyanın bir hissəsində monarxlar var, hökmranlıq edirlər, ancaq ölkəni idarə etmirlər. Bu, konstitusiyalı monarxiyadır və ölkəyə sabitlik gətirir. Bu, yəqin ki, bu gün, sabah baş verməyəcək, ancaq biz keçmişi, bu günü və sabahı analiz etməliyik. Ümid edirəm ki, gürcü xalqı sülh yolu tapacaq”. (APA)