Azərbaycan atıcısı Nigar Nəsirova Polşada təşkil olunan III Avropa Oyunlarında növbətini çıxışını edib.
Yenicag.az-ın məlumatına görə, idmançı tapança ilə 25 metr məsafəyə atəş açmada təsnifat mərhələsini 568 xalla başa vurub.
35 iştirakçı arasında 25-ci yeri tutan Nəsirova finala yüksələ bilməyib.
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq./report/