İran XİN başçısı Türkiyəyə səfər edəcək

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyəyə səfər edəcək.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasının XİN başçısının, noyabrın 1-də baş tutacaq səfəri çərçivəsində, tərəflər arasında aktual regional problemlər, xüsusilə Fələstində baş verən hadisələr və Türkiyə-İran ikitərəfli əlaqələri müzakirə ediləcək.

Natiq Çıraqzadə

COP29