İİTKM: “Azərbaycan türk dövlətləri arasında iqtisadi artıma görə 3-cü olub”

Bu ilin I yarısında Azərbaycan iqtisadi artıma görə türk dövlətləri arasında 3-cü olub.

Yenicag.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ümumi daxili məhsulun (ÜDM) artım tempi Türkiyədə 7,6 %, Qırğızıstanda 6,3 %, Azərbaycanda 6,2 %, Özbəkistanda 5,4 %, Qazaxıstanda isə 3,4 % təşkil edib. 6 ay ərzində türk dövlətləri 1 138,5 milyard ABŞ dolları dəyərində ÜDM istehsal edib.

Bundan başqa, məlumatda deyilir ki, türk dövlətlərinin yarım illik ticarət dövriyyəsinin dəyəri 536,1 milyard ABŞ dolları təşkil edib. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (20 788,8 milyon ABŞ dolları) və Azərbaycan (13 171,6 milyon ABŞ dolları) malik olub.