İİV-ə neçə nəfər yoluxub? – Hesabat

Son bir ayda Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxanların sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyir.

Ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.

Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri təşkil edib.

COP29