!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İjevskdə Dünya Azərbaycanlılarının həmrəylik günü qeyd olunub

!Reklam – Yazi

50574baa-5af1-414c-9a88-4abbc7b09f27Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində “Dostluq” – Udmurtiya Azərbaycan İctimai Mərkəzinin təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirilib.

“Dostluq” Udmurtiya Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev tədbir iştirakçılarını salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hər kəsi təbrik edib. Qarşıdan gələn yeni ildə hər kəsə uğurlar və xoşbəxtlik arzulayıb. Daha sonra isə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini vurğulayıb.

Ağsaqqallar Şurasının üzvləri və Azərbaycan Diasporasının nümayəndələri Şahlar Mustafayev, İlqar Xəlilov, Eynulla Mustafayev və Möhübbət Mirzəyev də öz çıxışlarında hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik ediblər. Onların sözlərinə görə, bu tarix yeni il bayramı ilə eyni vaxta təsadüf etdiyindən geniş şəkildə qeyd olunur. Bayramın əsas qayəsi Dünya Azərbaycanlılarının birlik və həmrəyliyi, vətənə bağlılığı, milli mənəvi dəyərlərə və adət – ənənələrə hörməti ilə çox sıx bağlılığa əsaslanır.

Qeyd edək ki, “Odlar Yurdu” Udmurtiya Azərbaycanlılarının Gənclər Mərkəzinin də qatıldığı tədbirdə gənclər üstünlük təşkil edib. Tədbirdə çıxış edən “Odlar Yurdu” Gənclər Təşkilatı Mərkəzinin sədri Rəşad Abbasov Azərbaycan Udmurtiya İctimai Birliyinin sədri Zülfüqar Mirzəyevə tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Zülfüqar Mirzəyev eyni zamanda “Odlar Yurdu” Gənclər Təşkilatı ətrafında çoxlu sayda istedadlı gənclərin birləşməsini xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, həmin könüllü gənclərin 80-dən çoxunun sözü gedən tədbirdə iştirak etməsi isə gənclərin öz kökünə bağlılığından xəbər verir və bu çox sevindirici haldır.
Tədbir daha sonra açıq havada davam etdirilib. “Dostluq” – Udmurtiya Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev İjevsk şəhərinin mərkəzi meydanından ictimaiyyətə səslənərək İjevsk sakinlərini yeni il və Milad bayramı münasibəti ilə, eyni zamanda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib və bildirib ki, 17 il ərzində “Dostluq” – Udmurtiya Azərbaycan İctimai Mərkəzi Udmurtiya xalqları arasında səmimi və dostluq münasibətlərinin qorunub saxlanması və inkişafına sözü gedən ictimai təşkilat öz töhfəsini verməkdədir.

Rəsmi hissədən sonra, tədbir Azərbaycanın tarixinə və mədəniyyətinə həsr olunmuş əyləncəli müsabiqə və viktarinalarla öz işini davam etdirib. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir iştirakçıları sonda milli yeməklər və şirniyyatlarla bəzədilmiş bayram süfrəsinə dəvət olunub. Azərbaycan milli musiqisinin sədaları altında gənclər təşkilatının fəallarının hazırladığı rəqslər gecəyə daha bir rəng qatıb. Tədbir zamanı iştirakçılar arasında əsl bayram əhval – ruhiyyəsi hökm sürürüb. Tədbir hər kəsin yaddaşında xoş təəssüratlarla həkk olunub.

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv