Rusiyanın Kemerovo şəhərində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Qəza “Sibir” avtomobil magistral yolunda baş verib. “Peugeot 308” və “KIA Rio” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomaşının sürücüsü və iki sərnişini, “KIA”-da isə 4 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
“KIA”-nın daha bir ikiyaşlı sərnişini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.