İki avtomobil toqquşdu: Ölən var

Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, VAZ-2115 markalı minik avtomobili ilə digər avtomobil toqquşub.

Nəticədə VAZ-2115-in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.