İki avtomobil toqquşdu – Ölən var

Zaqatala rayonunun Göyəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 18 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi “Mercedes” və E.Qədimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Qədimov orada ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.