Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində baş verib.
Gəncə şəhər sakini Gəray Aydın oğlu Məmmədov idarə etdiyi “Opel” markalı minik maşını ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan Ucar rayonun Pirkənd kənd sakini, 1999-ci il təvəllüdlü Ülvi Ağaismayıl oğlu İsmayılovu vurub. “Opel” markalı maşınının vurduğu piyadanı eyni istiqamətdə hərəkət edən 99 GC 923 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını da vurub. Aldığı xəsarətlərdən Ü.İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, mərhum Ü.İsmayılov hərbi xidmətə çağrılıbmış.