Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

İki ayda iki doğmasını itirən əməkdar artist: "Bacımın "xərçəng" xəstəsi olduğunu biləndə..."

“Bilirik ki, bu dünyanın başlanğıcı kimi, sonu da var. Bir var bilmək, bir də var dərk etmək. Mən bunu 48 yaşımda dərk etdim. Yaxınlarımı itirəndə”.

Yenicag.az xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli həyatının ən ağır itkilərindən danışarkən belə deyib.

Sənətçi iki ay içərisində iki doğmasını itirdiyini bildirib:

“Heç vaxt anamın ağladığını görməmişdim, bəlkə də göz yaşını ürəyinə axıdıb, bilməmişəm. Çox məğrur qadın idi. Yalnız bir dəfə ağladığını gördüm, bacımın “xərçəng” xəstəsi olduğunu eşidəndə. Elə bil gözünə qan dolmuşdu, “vay evim yıxıldı, Allah, balamın pis gününü mənə göstərmə”,- dedi. Elə bil Allah sözünü eşitdi, bacımdan iki ay əvvəl dünyasını dəyişdi. Xəstə də deyildi, top kimi sağlam adam qızının dərdinə dözmədi”.

Müğənni “Şou ATV” verilişində bunu açıqlayıb.

Nehru

www.yenicag.az

455