İki azyaşlı uşağı maşın vurdu, biri öldü – Salyanda

Salyan rayonunda iki nəfəri maşın vurub, ölən və xəsarət alan var.

Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Salyan şəhər sakinləri, 1998- ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayevi və 2010-cu il təvəllüdlü Ayxan Fazil oğlu Əhmədovu maşın vurub. Hadisə zamanı 7 yaşlı A.Əhmədov dünyasını dəyişib, C.Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə sürücü tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılb.

Faktla bağlı araşdırmalara başlanılıb.