İki balıqçı xilas olundu

70589FHN dənizdə köməksiz vəziyyətdə qalan balıqçılarla bağlı məlumat yayıb.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində sahildən 8 km aralıda 2 nəfər balıqçı, qayığın yanacağının bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıblar. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri vətəndaşları xilas etmiş və qayığı yedəyə alaraq sahilə çıxarılıblar.

Əməliyyat saat 13:27-də başa çatıb.