Reklam: High Technic
hightechnic

Bakıda iki bitişik birmərtəbəli ev yandı - FOTO (YENİLƏNİB)  

Məcburi köçkünlər məskunlaşdığı düşərgədə, səbəbi bilinməyən yanğın nəticəsində köçkünlərin evləri tamamilə yanaraq kül olub.

Yenicag.az xeberbiz.az-a istinadən bildirir ki, düşərgədə baş verən yanğın, tanınmış jurnalist, mərhum Zabil Müqabiloğlunun ata evində baş verib. Jurnalistin ata və anası dünyasını dəyişdiyinə görə, bacısı tək yaşayırdı. Bundan öncə də adı çəkilən düşərgədə dəfələrlə yanğın baş verib.

Qonşuların köməyi nəticəsində, azyaşlı və qocalar təxliyə olunublar.

FHN-i yanğının hansı səbəbdən baş verməsini araşdırır.

Hadisə yerindən çəkilən kadırları təqdim edirik.

***

10:34

Bakıda iki bitişik birmərtəbəli ev yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

1465