İki boksçumuz Rio-da mübarizəni dayandırıb

meglub20160812Ötən gecə daha bir neçə boksçumuz Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Azərbaycan boksçusu Cavid Çələbiyev 56 kq. çəki dərəcəsində mübarizəyə qoşulub. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Cavidin rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. Döyüşün nəticəsinə görə, Çələbiyev məğlub olub.

69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçu Pərviz Bağırov 1/8 finalda fransalı Süleyman Diop Sissoxo ilə qarşılaşıb. İlk raundda Bağırov üstün olsa da, digər iki raundda qalib gələn Sissoxo görüşü qalib kimi başa vurub. Beləliklə, Bağırov elə ilk görüşdəcə 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.