Somalidə iki güclü partlayış baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ilk partlayış paytaxt Moqadişoda nəzarət-buraxılış məntəqəsində olub. Partlayışdan sonra atışma səsləri eşidilib.
İkinci partlayış isə Daxili İşlər Nazirliyinin mənzil qərargahı yaxınlığında qeydə alınıb.
Partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Daxili İşlər Nazirliyinin əməkdaşı Əhməd Məhəmməd ölənlərin sayının arta biləcəyini söyləyib.
Partlayışları “Əl-Şabab” radikal qrupu öz üzərinə götürüb.