Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan iki deputat qəzaya düşüb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkilləri Həsən Kalyoncu və Yaşar Qaradağın içində olduğu maşın yol kənarındakı bordürlərə çırpılıb.
Yüngül yaralanan millət vəkillərinin xəstəxanaya aparıldığı və səhhətlərinin yaxşı olduğu bildirilir.
Qəzaya səbəbin havanın yağışlı olması göstərilir.