İki deputat istefa verdi

Rusiya Dövlət Dumasının iki deputatı istefa verib.

Yenicag.az Lenta.ru-ya istinadən xəbər verir ki, “Vahid Rusiya” Partiyasının deputatları Sergey Sokol və İqor Kastyukeviç deputatlıq səlahiyyətlərindən istefa ilə bağlı ərizə yazıblar.

Rusiya parlamentinin aşağı palatası sentyabrın 19-da keçiriləcək payız sessiyasında iki deputatın səlahiyyətlərinin xitam verilməsi məsələsinə baxacaq.