İki dövlət şirkətinin nizamnamə kapitalı – AÇIQLANDI

Yeni yaradılan iki dövlət şirkətinin nizamnamə kapitalı açıqlanıb.

Yenicag.Az  xəbər verir ki, kapitalları açıqlanan şirkətlər “Azərxalça” ASC və “Ərzaq Məhsullarının Tədarükü və Təchizat” ASC-dir.

“Azərxalça” ASC-nin nizamnamə kapitalı 1,5 mln. manatdır. ASC-nin qanuni təmsilçisi Vidadi Muradovdur.
“Ərzaq Məhsullarının Tədarükü və Təchizat” ASC-nin nizamnamə kapitalı isə 100 min manatdır. Şirkətin qanuni təmsilçisi Əbülfət Qocayevdir.

Hər iki şirkət Vergilər Nazirliyi tərəfindən 12 oktyabr 2016-cı il tarixində qeydiyyata alınıb.

Yenicag.Az