İki təyyarə havada toqquşdu

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Yak-130” tipli iki döyüş təlim təyyarəsi toqquşub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin Çittaqonq əyalətinin Putibila rayonunda baş verdiyi bildirilir. Maraqlıdır ki, təyyarələrin 4 nəfərdən ibarət heyət üzvlərinin sağ qalıb.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. Hazırda xilasetmə əməliyyatı davam edir. Faktla bağlı araşdırma aparılır.

COP29