İki ərəb ölkəsindən İrana ŞOK: Hücumun bütün detallarını ABŞ-yə ötürüblər

Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-ın təzyiqi altında İranın İsrailə hücumundan əvvəl Vaşinqton administrasiyası ilə əməliyyatla bağlı kəşfiyyat məlumatlarını paylaşdığı ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, İranın İsrailə hücumundan iki gün əvvəl İran rəsmiləri Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindəki həmkarlarını hava məkanlarını qorumaq üçün İsrailə qarşı planlaşdırılan hücum barədə məlumatlandırıblar.

Misir və Səudiyyə Ərəbistanındakı mənbələr “Wall Street Journal”a bildiriblər ki, bir çox ərəb hökumətləri İsrailə kömək etməyin İrana zərər vurması riskindən ehtiyat edirdilər, lakin ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlardan sonra gizli şəkildə hücumla bağlı kəşfiyyat məlumatlarını paylaşmağa razılaşıblar.

İordaniya ABŞ və müdafiə ilə məşğul olan digər ölkələrin öz hava məkanından istifadə etməsinə icazə verib və həmçinin İran raket və dronlarının qarşısını almaq üçün öz təyyarəsindən istifadə edib.

COP29