Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İki fəhlə dənizdə batdı

Cəlilabad rayon sakinləri dənizdə batıb. 

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xəlilabad kənd sakinləri – 22 yaşlı Təbriz Vilayət oğlu Məstiyev və 24 yaşlı Nohid Teymur oğlu Teymurov dənizdə çimərkən boğulublar. Hadisə ötən gün baş versə, də hələ də onların meyitləri tapılmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs Bakıda fəhlə işləyirmiş.

Yenicag.az

www.yenicag.az

381