İki gəmi toqquşdu – 8 nəfər itkin düşdü

Şərqi Çinin Fuszyan vilayəti sahillərində balıqçı gəmisi ilə yük gəmisi toqquşub.

Yenicag.az xarici mətbuata istinadən xəbərt verir ki, toqquşma nəticəsində balıqçı gəmisi batıb, 8 nəfər itkin düşüb.

Hazırda vertolyotlar da cəlb olunmaqla ərazidə axtarış-xilasetmə işləri davam edir.

Qəzanın başvermə səbəbləri araşdırılır.