!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İki güləşçimiz AÇ-nin finalında uduzdu

!Reklam – Yazi

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Minimal fərqlə uduzan Murad Məmmədov ilk dəfə qatıldığı böyüklər arasında Avropa çempionatının gümüş medalına yiyələnib. Daha bir gümüş medalı yığmamıza Rəsul Çunayev qazandırıb.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Almaniya idmançısına qalib gələn Rafiq Avropa çempionatının bürünc medalını qazanıb.

Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərə qatılsalar da həlledici görüşə vəsiqə qazana bilməyiblər.

www.yenicag.az

1311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv