!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İki güləşçimiz Avropa çempionu oldu

!Reklam – Yazi

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan təmsilçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda Hacının rəqibi Rusiya idmançısı olub. Ötən ilin dünya çempionu olan İlyas Bekbulatovu əzmkar mübarizəsi ilə üstələyən Hacı Əliyev ikinci dəfə Avropa çempionu adını qazanıb.

70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına qalib gələn Murtuz çempionatın bürünc medalını qazanıb.

Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisinə qalib gəlib və çempionatın bürünc medalına sahib olub.

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Belarus idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından görüşün qalibi olub. İdmançımız bürünc medal görüşünə çıxacaq.

www.yenicag.az

1651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv