İki körpə yanğında həlak oldu – Azərbaycanda faciə

Qobustan rayonu Qaracüzlü kəndində birmərtəbəli 4 otaqlı ev yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.