İki məşhur yenidən bir arada – 15 il sonra

15 il əvvəl “Beyaz gelincik” adlı ekran işində birgə rol alan türkiyəli məşhurlar Sezin Akbaoğulları ilə Erkan Petekkaya yeni serialda tərəf müqabili olacaqlar.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni yayımlanacaq “O kız” serialında məşhur aktrisa Sezin “Sitare” obrazını canlandıracaq.