Avstraliya höküməti iki milyon pişiyi öldürəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.
Bildirilir ki, hökümət 2015-ci ildə bu barədə qərara gəlib. Hazırda ölkədə 2-6 milyon arası sahibsiz pişik var.
Hökümət 2020-ci ilə qədər pişiklərə zəhərli yeməklər verərək onları öldürəcək.
Qeyd edək ki, hökümətin aldığı qərar ölkədə etirazla qarşılanıb.