İki min manatlıq iti oğurlayan şəxs saxlanıldı

Abşeronda it oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Ceyranbatan qəsəbəsi ərazisindən qəsəbə sakini C.Məmmədova məxsus 2000 manat dəyərində iti oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini R.Şahbazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.