Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində ağır yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, “Mazda” və “Renault Duster” markalı avtomobillərin toqquşması nəticəsində 10 nəfər ölüb. Onlardan dördünün uşaq olduğu bildirilir.
İlkin məlumata görə, sürücülərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb.
Faktla bağlı araşdırma aparılır.